12px13px15px17px
Tarix:10/01/17

“Samsung” daşınan qurğuları “iOS” sistemini dəstəkləməyə başlayıb

Cənubi Koreyanın "Samsung" şirkəti "Gear S3", "Gear S2" "ağıllı" saatlarında və "Gear Fit2" idman bilərziyində əksər istifadəçilərin çoxdan gözlədiyi "Apple" smartfonları ilə sinxronlaşdırmanın dəstəklənməsini istifadəyə verib.

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, şirkətin saytında dərc edilən məlumata görə, yanvarın 7-dən etibarən qeyd olunan daşınan qurğu istifadəçiləri saatlar və ya bilərzik üçün proqramı "App Store" (Samsung Gear S və ya Gear Fit) əlavələr mağazasından yükləyərək onu "iPhone 5" və "iOS 9" əməliyyat sisteminin, eləcə də ondan yuxarı sistemlərin idarəetməsi ilə işləyən sonrakı "iPhone" modelləri üçün quraşdıra bilərlər.  

Əlavə quraşdırıldıqdan və işə salındıqdan sonra istifadəçilərdən "ağıllı" saatları və ya "Gear" bilərziyini smartfona qoşmaq tələb olunur. Sinxronlaşdırmadan sonra istifadəsi mümkün olacaq funksiyaların siyahısı qurğunun konkret modelindən asılı olacaq. Məsələn, istifadəçilər fiziki aktivlik, sərf edilən kalorinin miqdarı və ürək ritmi barədə məlumatlar əldə edə biləcəklər.

Xatırladaq ki, "Tizen" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Gear S3" saatı ötən ilin sentyabrında "Classic" və "Frontier" versiyalarında təqdim olunub. Qurğunun hər iki versiyası 360*360 piksel təsvir ölçülü 1,3 düymlü dairəvi displey və "Gorilla Glass" qoruyucu şüşəsi ilə təchiz edilib. 1 QHs takt tezlikli ikinüvəli prosessor əsasında işləyən saatların operativ yaddaş tutumu 768 meqabayt, quraşdırılmış yaddaşı 4 giqabayt təşkil edir. "Ağıllı" saatların korpusu "IP68" standartı üzrə toza və suya davamlıdır. Saatların siferblatı ətrafındakı fırlanan halqa isə əvvəlki nəsil qurğularla müqayisədə təkmilləşdirilib.

Saatların daha bir xüsusiyyəti onlardan pleyer (musiqinin yüklənməsi üçün 2 giqabayt yaddaş ayrılıb) kimi istifadəyə imkan verən quraşdırılmış dinamikdir. Altimetr, barometr, "GPS" və "NFC" modulları ilə təchiz edilən modellər siferblatın daim göstərilməsi rejimini (Always-on display), eləcə də mətnin əllə yazılaraq daxil edilməsini dəstəkləyir. Tutumu 380 milliamper/saat təşkil edən akkumulyator saatları avtonom rejimdə dörd günədək işlə təmin edir.  

Nizam Nuriyev 




Baxış sayı: 203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si