12px13px15px17px
Tarix:12/01/17

Dünya fərdi kompüterlər bazarında azalma davam edir

"Gartner" analitik şirkəti hesabat dərc edəcək qlobal kompüter bazarının həcminin ardıcıl beşinci ildir azalmasını açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkət analitiklərinin hesablamalarına görə, 2016-cı ildə dünyada 269,7 milyon fərdi kompüter buraxılıb ki, bu da bir il əvvəlin göstəricisindən 6,2 faiz azdır. Bazarın həcmi 2012-ci ildən azalmağa doğru gedir.

Ötən ilin oktyabr-dekabrında fərdi kompüter və noutbukların qlobal miqyasda tədarükü 72,6 milyon ədəd təşkil edərək 2015-ci ilin analoji dövrü ilə müqayisədə 3,7 faiz azalıb.  

"Gartner" şirkətinin baş analitiki Mikoko Kitaqavanın sözlərinə görə, 2016-cı ilin dördüncü rübündə bazarda fərdi kompüterlərin alışına münasibətin dəyişməsi ilə əlaqədar olaraq Yeni il ərəfəsində satışlar zəif olub və bu səbəbdən durğunluq davam edib. 

Hesabatda qeyd olunur ki, iri istehsalçılar üçlüyü - "Lenovo", "HP Inc." və "Dell" ötən ilin sonuncu rübündə fərdi kompüterlərin tədarükünü artırıb. Belə ki, məhsul tədarükünü 1,6 faiz artıran "Lenovo" Şimali Amerika və EMEA (Avropa, Yaxın Şərq, Afrika) ölkələrində artım sayəsində Çin bazarında liderliyini qoruyub.

İkinci yeri tutan "HP Inc." tədarükdə ardıcıl üçüncü rübdür artım nümayiş etdirir. Şirkətin məhsulları daha çox ABŞ və EMEA bazarlarında satılır.

Liderlər üçlüyünü tamamlayan "Dell" şirkəti də ardıcıl üçüncü rübdür kompüter biznesini genişləndirir. 2016-cı ilin oktyabr-dekabrında şirkət fərdi kompüterlərin buraxılışını 5,4 faiz artırıb ki, bu da nəhəng istehsalçılar altılığında ən yüksək dinamik olub.

"ASUS" şirkəti, əksinə, liderlər arasında ən yüksək azalma (8,5 faiz) nümayiş etdirib. Tayvan istehsalçısı bahalı qurğulara daha çox diqqət yetirərək fərdi kompüter biznesini kəmiyyət göstəricilərinə nisbətdə rentabelli etməyə çalışır.

"ASUS" ötən ilin dördüncü rübünün yekunlarına görə aparıcı kompüter istehsalçıları reytinqində dördüncü yeri tutub. Sonrakı yerlərdə müvafiq olaraq "Apple" və "Acer" şirkətləri qərarlaşıb.

Nizam Nuriyev 




Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024