12px13px15px17px
Tarix:30/09/11

“Nokia” şirkəti tezliklə ucuz telefonlar üçün yeni əməliyyat sistemi təqdim edəcək

Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti ucuz mobil telefonlar üçün “Meltemi” kod adlı yeni proqram platforması hazırlayır.

Layihəyə “Nokia” şirkətinin mobil qurğular bölməsinin icraçı vitse-prezidenti Meri Makdauell nəzarət edir. Əməliyyat sisteminin əsasını “Linux” nüvəsi təşkil edəcək, sensor ekranların dəstəklənməsi planlaşdırılır.

Ehtimal ki, “Meltemi” “Nokia”nın orta sinif aparatlarında tətbiq edilən “S40” platformasını əvəz edəcək. Finlandiya istehsalçısı smartfonlarda, məlum olduğu kimi, “Windows Phone 7” əməliyyat sistemindən istifadə etmək niyyətindədir.

“Nokia” şirkəti hələ ki mobil telefon istehsalçılarının reytinqində birinci yeri tutur: ikinci rübdə onun bazar payı 1 il ərzində 33,8%-dən 24,2%-ə qədər azalıb.



Baxış sayı: 1322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024