12px13px15px17px
Tarix:14/01/17

Avstriyalı mütəxəssis Azərbaycanda elektron hökumət sahəsində görülən işləri yüksək qiymətləndirib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahələrində mövcud vəziyyətin təhlili və bu sahələrin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması üçün Azərbaycana dəvət olunub.
 
Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur.

Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. Cənab Rup Azərbaycanda olduğu dövrdə burada elektron hökumətin təşkili ilə bağlı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin "Elektron hökumət" portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və digər qurumlarda görüşlər keçirib. Cənab Rup elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.
  
Məlumat Hesablama Mərkəzində təşkil olunan seminarda cənab Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib.
 
Kristian Rupun ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
  
Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq "Elektron hökumət" portalında (www.e-gov.az) elektron xidmətlərin sayı 430-a çatıb. 







Baxış sayı: 1708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2017

22 08 2017

22/08/17
“Facebook” şirkəti “Safety Check” funksiyasını yeniləyib

“Facebook” sosial şəbəkəsi “Safety Check” funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsil

22/08/17
“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub

“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı

22/08/17
Troyan şəkillərin köməyi ilə antiviruslardan gizlənməyi öyrənib

“SyncCrypt” adlı yeni şifrləyici troyan kompüterləri yoluxdurmaq üçün qrafik fayllardan istifadə edir; zərərli proqr

22/08/17
Alimlər yeni ekranın köməyi ilə smartfona müdaxilə üsulunu tapıblar

Ben-Quriona Universitetindən olan alimlər qrupu dəyişdirilmiş sensor displeyin köməyi ilə smartfonlara 

22/08/17
Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

Çində süni intellekt əsasında hazırlanmış köməkçi sistem 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə 

22/08/17
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

“Google” şirkəti “Android 8.0 Oreo” mobil əməliyyat sistemini təqdim edib. Şirkətin bloqunda yazılıb ki, yeni