12px13px15px17px
Tarix:16/01/17

“Elektron hökumət” portalına kənd təsərrüfatı ilə bağlı yeni elektron xidmətlər inteqrasiya olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına yeni elektron xidmətlər inteqrasiya olunub.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni olaraq daha 7 elektron xidməti portala inteqrasiya edilib:

1.    "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu".

2.    "Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu".

3.    "Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu".

4.    "Müraciət nömrəsinə görə müraciətlərin statusunun yoxlanması".

5.    "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu".

6.    "Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin". 

7.    "Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu".

Eyni zamanda, inteqrasiya olunan yeni xidmətlərlə yanaşı, istifadəçi rahatlığını təmin etmək məqsədilə qurumun "Elektron hökumət" portalında mövcud olan və aşağıda sadalanan elektron xidmətləri təkmilləşdirilib.

"Baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətlərin qəbulu"; 

"Dövlət  baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"

"Dövlət  baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"

- "Bitki və bitkiçilik məhsullarının idxalınа idxal karantin icazəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"; 

"Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu"

- "Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması üçün müraciət və sənədlərin qəbulu";

"Kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə verilməsi üçün müraciətin və sənədlərin qəbulu"

"Özəl toxumçuluq fəaliyyəti sahəsində qeydiyyata alınmaq üçün müraciətin və sənədlərin qəbulu";

"Özəl təsərrüfatın damazlıq istiqamətinin təyin edilməsi üçün qeydiyyata götürülməsi";

"Baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi üçün sənədlərin qəbulu və rəy verilməsi".

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin portalda mövcud olan "Baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların idxalı zamanı icazənin verilməsi üçün müraciətin və sənədlərin" və "Baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların ixracı zamanı icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" adlı iki xidməti birləşdirilərək "Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu" adlı bir xidmət kimi istifadəçilərə təqdim edilir.

"Bitki və bitkiçilik məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu" adlı bir xidmət isə "Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu""Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu" adlı 3 ayrı elektron xidmət kimi təqdim edilir.

Adı çəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.

Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək vacib şərtdir.

Qeyd edək ki, "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması istiqamətində qısa müddət ərzində görülən genişmiqyaslı işlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göstərilən 22 elektron xidmət "Elektron hökumət" portalına inteqrasiya edilib.




Baxış sayı: 384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

21/02/20
“Microsoft” korporasiyası “iOS” və “Android” üçün öz antivirus həllini təqdim edəcək

“Microsoft” korporasiyasının portfoliosuna yalnız “Windows” əməliyyat sistemi və “Office” paketi

21/02/20
“Microsoft” Meksikada layihələrə 1,1 milyard dollar investisiya qoyacaq

Meksika Prezidenti Andres Manuel Lopes Obrador “Microsoft” şirkətinin beş il ərzində ölkədə informasiya t

21/02/20
“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

“Apple” şirkəti istifadəçilərə “iPhone” və “iPad” qurğularında standart mobil proqramları dəyişməyə i

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə