12px13px15px17px
Tarix:18/01/17

“Facebook Messenger”də boşluq səsli mesajlara müdaxiləyə imkan verir

“Facebook Messenger” proqramında səsli mesajlara üstünlük verən istifadəçilər “ortada insan” haker hücumunun qurbanına çevrilə bilərlər. “The Hacker News” nəşri yazır ki, misirli Mohamed Aş Baset sözügedən messencerdə “Facebook”un serverindən göndərilən audio fayllara müdaxilə etməyə və istifadəçilərin səsli mesajlarını dinləməyə imkan verən boşluq aşkar edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, hər bir səsli mesaj öncə “CDN” serverinə (https:// z-1-cdn.fbsbx.com/...) yüklənir və sonra “HTTPS” protokolu ilə göndərilir. Eyni şəbəkədə olan haker “SSL Strip” alətinin köməyi ilə "ortada insan" hücumunu həyata keçirərək bütün audio faylların mütləq istinadlarını (həmçinin autentifikasiya üçün URL ünvana birləşdirilmiş məxfi tokeni) ələ keçirə bilər. Daha sonra haker “HTTPS” protokolunu “HTTP”-yə dəyişərək  faylları autentifikasiyadan keçmədən yükləyə bilər.
 
“CDN” serverində “HSTS”-dən (“HTTPS” protokolu ilə gücləndirilmiş təhlükəsiz qoşulmanı aktivləşdirən mexanizm) istifadə edilmədiyindən yuxarıda qeyd olunan hücum realdır. Bundan başqa, şirkət lazımi autentifikasiya prosesini təmin etməyib.
 
Emil Hüseynov




Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024