12px13px15px17px
Tarix:30/09/11

Sumqayıt tamamilə Təhlükəsiz şəhər sisteminə qoşulub

Daxili İşlər Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında həyata keçirilən əməkdaşlıq nəticəsində Bakı şəhərindən sonra Sumqayıt şəhərində də tamamilə “Təhlükəsiz şəhər” layihəsi tətbiq edilib. 

Sumqayıt TKQ-dan verilən məlumata görə, layihənin həyata keçirilməsi məqsədilə şəhər polis idarəsindən şəhər daxilində 47 kilometrə yaxın fiber optik kabel xətti çəkilərək kameralar qurulması məqsədilə 63 ədəd dirək üçün yer hazırlanaraq layihə uğurla başa çatdırılıb.

"Təhlükəsiz şəhər" sistemi Prezident İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən layihələrdən biridir.

Sistemin məqsədi insan və vətəndaş hüquq və azadlıqlarını, əhalinin təhlükəsizliyini, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini hüquqazidd əməllərdən qorumaqdır.

Təyinatı isə hüquq qaydasına riayət edilməsinə nəzarətin müasir informasiya-kommunikasiya texnologiyaları, o cümlədən videomüşahidə vasitəsilə həyata keçirilməsi, fasiləsiz şəkildə canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verməkdir.

Qeyd edək ki, burada kameralar əsasən yol kəsişmələrində və əhalinin sıx olduğu ərazilərdə yerləşdirilir. Ərazidə şübhəli əşya qeydə alınarkən idarəetmə mərkəzinə həyəcan siqnalı ötürülür.

Axtarışda olan avtomobillərin müəyyən edilməsində xüsusi rol oynayan bu sistem dövlət nömrə nişanlarını avtomatik qeydə alır. Bundan əlavə, sistem baş vermiş yol-nəqliyyat hadisələrini də qeydə alaraq, yol-patrul xidmətlərinə məlumat ötürür.

İşıqforun qırmızı işığında keçən və digər yol hərəkəti qaydalarını pozan avtomobillər avtomatik müəyyənləşdirilir. Sistem həmçinin yollarda yaranmış tıxacların təhlilini aparır, avtomobillərin ümumi sayını müəyyən edir və sürətini ölçür.

Beynəlxalq təcrübəyə əsasən, əsas avtomobil magistrallarında - Rusiya, Gürcüstan və İran istiqamətindəki yollarda videomonitorinqin aparılması həyata keçirilir. "Təhlükəsiz şəhər" sisteminin yaradılmasında dünyanın aparıcı şirkətlərinin avadanlığından istifadə olunub.

Belə ki, kameralar Yaponiyanın "Sanyo", videodivar Belçikanın "Barko", serverlər və şəbəkə avadanlığı isə ABŞ-ın "Cisko" və "HP" şirkətlərinin istehsalıdır

. Qeydə alınan görüntülər şəhər polis idarəsində, qərargahda, Baş Mühafizə İdarəsində, Bakı Şəhər Baş Polis İdarəsində, bütün dövlət yol polisi qurumlarında və rayon polis idarələrində də müşahidə olunur.

Görüntülər 30 gün sistemin yaddaşında saxlanılır. Zərurət yarandıqda isə daha uzun müddətə arxivləşdirilir.



Baxış sayı: 2911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2019

17 09 2019

17/09/19
Populyar routerlərdə ciddi boşluqlar aşkar edilib

Populyar ev və korporativ marşrutlayıcı modelləri, həmçinin “Əşyalar interneti” qurğularında

17/09/19
“Volocopter” şirkəti hava taksisini şəhər şəraitində sınaqdan keçirir

“Volovopter 2x” çəkisi 160 kq-dan çox olmayan iki nəfərin daşınması 

17/09/19
Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək

17/09/19
İlk “Motorola” televizorları buraxılıb

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk mode

17/09/19
“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” standartını istifadəyə verib

“Wi-Fi 6” standartının istifadəyə verilməsi internetə qoşulma sürətini 

17/09/19
Süni intellektli ilk peyk buraxılışa hazırdır

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.

17/09/19
Yeni “Vivo” smartfonu 64 meqapiksellidir

Çinin “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu nümayiş etdirib.