12px13px15px17px
Tarix:18/01/17

“iOS” üçün “Onion” anonim brauzeri pulsuz istifadəyə verilib

“App Store” əlavələr mağazasında təhlükəsizlik imkanları genişləndirilmiş unikal brauzer pulsuz istifadəyə verilib. “Onion Browser” adlanan proqram “iPhone”,  “iPod touch” və “iPad” istifadəçilərinə internetə yüksək anonimlik dərəcəsində daxil olmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Onion Browser” ABŞ Hərbi Dəniz Qüvvələrinin tədqiqat laboratoriyasında hazırlanan məhdud profilli “The Onion Router” (TOR) şəbəkəsi vasitəsilə trafikin şifrlənməsi və yüklənilməsi üçün nəzərdə tutulub. “TOR” trafiki xüsusi serverlər şəbəkəsi ilə göndərir ki, bu da son istifadəçiyə anonim qalmağa imkan verir.

Proqram tərtibatçısı Mayk Tiqas bloqunda əvvəllər qiyməti 99 sent təşkil edən əlavəni bu gün söz azadlığının, şəxsi toxunulmazlıq hüququnun və rəqəmli təhlükəsizliyin dəstəklənməsinin daha vacib olması üçün pulsuz etməsini yazıb.

M.Tiqasın sözlərinə görə, o, əvvəlcə əlavəni 100 dollar məbləğində illik “Apple Developer” üzvlük haqqını ödəmək üçün pullu edib, halbuki brauzerin son kodu həmişə açıq istifadədə olub. Bununla belə, 99 sentlik minimal qiymət istifadəçilər üçün maneçilik törədib.

“Onion Browser” texniki baxımdan “iOS 8.2” və daha yuxarı əməliyyat sisteminin idarəetməsi ilə işləyən “iPhone”, “iPad” və “iPod touch” qurğuları ilə uyğunluq təşkil edən “TOR” sistemi üçün internet brauzeridir. Proqram qurğu və IP ünvanı barədə məlumatları gizli saxlamaqla internetdə daha çox anonimlik əldə etmək istəyən istifadəçilər üçün faydalı olacaq. Mütəxəssislərin sözlərinə görə, brauzer şəbəkə trafikini etibarlı şəkildə şifrləyərək kənar provayderlər tərəfindən məlumatların baxılmasının qarşısını alır. 

Məlumat üçün qeyd edək ki, “Tor” kompüter şəbəkəsi vasitəsilə ikinci nəsil anonim məlumat mübadiləsi texnologiyasının həyata keçirilməsi üçün azad proqram təminatıdır. Sistem dinləmədən mühafizə edilən anonim şəbəkə bağlantısı qurmağa imkan verir, həmçinin məlumatların şifrlənmiş şəkildə ötürülməsini təqdim edən anonim şəbəkə hesab olunur. 

“iPhone “ və “iPad” üçün “Onion Browser” proqramını buradan yükləmək mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024