12px13px15px17px
Tarix:19/01/17

Abunə haqlarının ödənişi ilə bağlı yenilik

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır. 

Nağdsız ödənişlərə tələb yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsi ilə qəbul ediləcək. Buna səbəb, müvafiq Qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır. İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.

Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan "Şəbəkə" xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün  xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk "Şəbəkə" xidmət mərkəzi Üzeyir Hacıbəyov 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində "Şəbəkə" xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.




Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 İyun 2017

29/06/17
“Sony Xperia” smartfonları sifətin “3D” tanınması texnologiyası ilə təchiz ediləcək

“Sony” şirkəti “Mobile World Congress” çərçivəsində sifətin üçölçülü (3D) tanı

29/06/17
“iOS 11” sisteminin beta sınaqları başa çatıb

“iOS 11” əməliyyat sisteminin beta testinin başa çatmasına görə bundan sonra ondan sistemlə uyğunluq 

29/06/17
“Facebook”un auditoriyası 2 milyardı ötüb

“Facebook” sosial şəbəkəsindən daimi istifadə edənlərin sayı 2 milyardı ötüb. Bu haqda öz səhifəsində 

28 06 2017