12px13px15px17px
Tarix:25/01/17

“Windows 10” üçün yeni təhlükəsizlik interfeysi nümayiş olunub

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemi üçün "Windows Defender Security Center" ("Təhlükəsizliyin təmini mərkəzi") interfeysini nümayiş etdirib. Yeni komponent fərdi kompüterlərin mühafizə variantlarına baxmağa və idarə etməyə imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, interfeysdə bir sıra bölmə yer alıb: "Virus və təhlükələrdən mühafizə", "Qurğunun məhsuldarlığı və iş qabiliyyəti", "Şəbəkə brandmaueri (şəbəkələrarası ekran) və mühafizəsi", "Əlavələr və brauzerin idarə edilməsi", "Ailəvi funksiyalar".

Məsələn, "Virus və təhlükələrdən mühafizə" bölməsində antivirus və quraşdırılmış "Windows" mühafizə sisteminin fəaliyyəti haqqında məlumat əldə etmək olar. "Ailəvi funksiyalar" bölməsində ailə üzvlərinin kompüterlərinin iş qabiliyyəti və məhsuldarlığı barədə məlumatlarla tanış olmaq mümkündür.

Bundan başqa, "Təhlükəsizliyin təmini mərkəzi"ndə son "Windows" yenilənmələrinə, proqram təminatına, noutbukun və məlumat saxlancının avtonom iş vaxtına, şəbəkə qoşulmaları haqqında informasiyaya və şəbəkələrarası ekran funksiyalarına baxmaq, brauzer və digər proqramlarda funksiyaları dəyişmək, eləcə də valideyn nəzarəti funksiyasını quraşdırmaq və proqram alışlarını idarə etmək olar.

"Windows Defender Security Center" interfeysinin "Windows 10" sistemində bu ilin aprelində işıq üzü görəcək "Creators Update" yenilənməsi ilə birlikdə quraşdırılacağı gözlənilir.

Nizam Nuriyev






Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024