12px13px15px17px
Tarix:25/01/17

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi

"Elektron hökumət" portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Poçt ünvanları - interaktiv xəritə" adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.

 

Bu xidmətdən istifadə etməklə  "Azərpoçt" MMC-nin 1550-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.

 

"Google Map" üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək  olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan "Küçə adına görə" kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan  pəncərədə poçt məntəqəsi ilə  bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.

 

Digər 2 kateqoriya -  "poçt indeksinə görə", "telefon nömrəsinə görə" seçməklə  də eyni formada axtarış etmək olar.

 

Xidmətin funksional imkanları genişdir.

 

"marşrutu göstər"düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.

 

Qeyd edək ki, ötən il Məlumat Hesablama Mərkəzi  "iOS" və "Android"  əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.

 

"Poçt Ünvanları" mobil tətbiqini "App Store"   və "Play Store"-da  "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.









Baxış sayı: 435

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda