12px13px15px17px
Tarix:25/01/17

Yer kürəsi əhalisinin yarısından çoxu internetdən istifadə etmir

Planet sakinlərinin yarısından çoxu internet istifadəçisi deyil. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) apardığı tədqiqatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, yeni hesabat 3,9 milyard insanın (dünya əhalisinin ümumi sayının 51 faizi) rabitə və informasiya texnologiyaları tariflərinin kifayət qədər ucuzlaşdırılmasına baxmayaraq hələ də internetdən yararlanmaq imkanından məhrum olmasını nümayiş etdirir. Onların əsas hissəsi Asiya-Sakit okean regionu və Afrika sakinləridir (80 faiz). MDB ölkələrində internetin imkanlarından 93 milyon nəfər və ya birliyin ümumi əhalisinin üçdə bir hissəsi yararlanmır.

Tədqiqatçılar qeyd edir ki, inkişaf etmiş ölkələrdə internet istifadəçilərinin payı 81 faiz təşkil edirsə, nisbətən geridə qalan ölkələrdə bu göstərici 15 faizə bərabərdir. Həmçinin Afrika əhalisinin 75 faizi internetə çıxış imkanından məhrum olduğu halda Avropa ölkələrində insanların yalnız 21 faizi bu imkana malik deyil.  

Hesabata görə, inkişaf etmiş ölkələrdə internetin nüfuzetmə səviyyəsinin yüksək olmasına baxmayaraq ümumi statistika internetdən istifadə edən əksər insanların inkişaf etməkdə olan ölkələrdə (inkişaf etmiş ölkələrdə 1 milyardla müqayisədə 2,5 milyard istifadəçi) yaşamasını göstərir.

Hazırda əksər iri İT şirkətləri üçüncü dünya ölkələrində internetin inkişafına böyük investisiyalar yatıraraq ucqar yerlərin sakinlərinə internetdən istifadə imkanı yaradır. Oxşar təşəbbüslərin biri ilə Hindistanda “Express Wi-fi” proqramını istifadəyə verən “Facebook” şirkəti məşğul olur.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. Təşkilat 150 il ərzində qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım göstərir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

Nizam Nuriyev 




Baxış sayı: 450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2017

22 05 2017

22/05/17
“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək “Microsoft Surface Pro” planşet kompüteri 

22/05/17
“Android” əlavələrinin həcmi azaldılacaq

Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış 

22/05/17
“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib

“Panasonic” şirkəti “Windows 10” əməliyyat sistemi ilə işləyən “Toughbook 33” adlı möhkəm hibrid planşetinin

22/05/17
“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin 

22/05/17
Dubayda robot polis fəaliyyətə başlayacaq

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian