12px13px15px17px
Tarix:27/01/17

“Skyfin” adlı yeni virus istifadəçidən xəbərsiz “Google Play”dan proqramlar yükləyir

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğuya düşən “Skyfin” adlı yeni virus istifadəçinin fərdi məlumatlarını hakerlərə göndərir, həmçinin istifadəçidən xəbərsiz “Google Play” internet mağazasından başqa proqramlar yükləyə bilər. Bu halda virus “Android.DownLoader” adlı başqa zərərverici proqram təminatı vasitəsilə yayılır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Dr.Web” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri qeyd ediblər ki, “Skyfin” virusu tərəfindən istifadəçinin qurğusuna yüklənilən yeni proqramlar avtomatik quraşdırılmır. Bütün fayllar yükləmələrdən ibarət qovluqda saxlanılır.

"Skyfin mobil qurğunun unikal identifikatorunu və sahibinin hesabını ələ keçirir. Bundan başqa, virus “Google Play” kataloquna qoşulma üçün daxili avtorizasiyanın müxtəlif kodlarını, həmçinin başqa məxfi məlumatları ələ keçirir. Bundan sonra modul bu məlumatları “Android.Skyfin.1.origin” adlı əsas komponentə, daha sonra troyan  məlumatları qurğunun texniki informasiyası ilə birgə hakerlərin serverinə göndərir" – “Dr.Web” şirkətinin əməkdaşları bildiriblər.

“Skyfin” virusu yoluxmuş qurğuda aktivləşdikdən sonra  “Google Play” internet mağazasında konkret proqramları axtara, satın ala, istifadə şərtlərini qəbul edə, həmçinin istifadəçinin adından mağazada rəy yaza və reytinq verə bilər. Bundan başqa, sözügedən virus yoluxmuş proqramlarda reklam bannerləri üzrə keçid etmək qabiliyyətinə malikdir.

Emil Hüseynov




Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024