12px13px15px17px
Tarix:28/01/17

Elastik “OLED” displeylərə ucuz alternativ icad edilib

“iPhone” və “Huawei” şirkətinin məhsulu üçün aparıcı ekran tədarükçülərindən biri olan “Japan Display” (Yaponiyanın “Sony”, “Toshiba” və “Hitachi” şirkətlərinin birgə müəssisəsi) şirkəti maye kristal (“LCD”) texnologiyası əsasında elastik panellərin istehsal üsulunu ixtira edib. Yaponların yeni icadı üzvi “OLED” displeylərin ucuz alternatividir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, “Japan Display” tərəfindən icad olunmuş istehsal üsulu artıq mövcud texnologiya və texnoloji proseslərə əsaslanır, yəni fabrikləri yenidən yeni avadanlıqla təchiz etməyə ehtiyac yoxdur. 2018-ci ilədək bükülən “LCD” ekranların kütləvi buraxılışı planlaşdırılır.
 
“Japan Display” şirkətinin əsas əməliyyat direktoru Syudzi Aruqa deyib ki, yeni panellər “OLED” displeylər kimi elastik olmasa da, ancaq istehsalçılar “Galaxy Edge” fabletində olduğu kimi, displeylər istehsal etmək imkanına malik olacaqlar.
 
Emil Hüseynov




Baxış sayı: 1262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024