12px13px15px17px
Tarix:30/01/17

Konsol oyun həvəskarları üçün kreslo təqdim edilib

Oyun qurğuları üçün simsiz olan hazırkı kontrollerlər nəsli oyunçunun bilavasitə televizor ekranı qarşısında oturmasını tələb etmir. Bununla belə, əksər oyun həvəskarları buna vərdiş edib. Onlar üçün xüsusi olaraq adi stulda olduğu kimi əyləşməyə imkan verən “Buddy” kreslosu yaradılıb. Kreslonun əsas fərqləndirici cəhəti ondadır ki, onu çevirən istifadəçi dirsəklənərək kontrolleri birbaşa qarşısında saxlamaqla oyun oynamaq üçün daha rahat vəziyyət ala bilir. Maraqlıdır ki, ilkin sifarişlərin qəbul olunduğu müddətdə “Buddy” əldə etmək istəyən istifadəçilərin sayı iki milyonu ötüb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bədənin “Buddy” vasitəsilə aldığı vəziyyət kürək üçün ziyanlı deyil. Hazırda yalnız ilkin sifarişlərin qəbul edildiyi oyun kreslosunun apreldə satışa çıxarılacağı gözlənilir.

Qəhvəyi, sarı-yaşıl və çəhrayı rənglərdə olan qurğunun qiyməti 43 dollar təşkil edir. Şirkət təmsilçilərinin sözlərinə görə, məhz qiymətin aşağı olması onu rəqiblərdən fərqləndirir.

Nizam Nuriyev 




Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024