12px13px15px17px
Tarix:30/01/17

Bir neçə şirkətdən ibarət blokçeyn konsorsiumu yaradılıb

“Cisco”, “Bosch”, “Foxconn”, “Gemalto” və bir neçə digər şirkət “Əşyalar interneti” (Internet of Things, IoT) məhsullarının təhlükəsizliyinin artırılması və yaxşılaşdırılması üçün blokçeyn texnologiyasından istifadə məsələləri ilə məşğul olacaq konsorsium yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, alyans iştirakçıları texnologiya əsasında paltaryuyan maşınlardan tutmuş, nəqliyyat konteynerlərinədək müxtəlif “IoT” qurğuları arasında məlumat mübadiləsi üçün bölüşdürülmüş məlumat bazası və protokol hazırlamaq niyyətindədirlər.

“Bosch Software Innovations” rəhbəri Dirk Slama bildirib ki, biz sənaye sahəsində blokçeynin tətbiqi üçün böyük potensial görürük. “Bizim əsas məqsədimiz mürəkkəb şəbəkələrdə əksər sövdələşmə iştirakçıları tərəfindən məhsulların necə istehsal olunması, nəql edilməsi və dəstəklənməsi haqqında mühafizəli informasiya reyestrinin yaradılmasıdır”, - o vurğulayıb.

Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.

Nizam Nuriyev 




Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024