12px13px15px17px
Tarix:31/01/17

“Samsung Galaxy S8” smartfonunda süni intellekt sistemindən istifadə ediləcək

“Venturebeat” nəşri və “Twitter” şəbəkəsində təqdim olunmayan yeni məhsulların fotoşəkil və xarakteristikalarını dərc edən məşhur bloger Roland Kaundt “Samsung” şirkətinin martın 29-da təqdim edəcəyi “Galaxy S8” smartfon modeli haqqında ətraflı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, blogerin məlumatına görə, “Galaxy S8” “Bixby” süni intellekt sistemi ilə təchiz ediləcək. Məsələn, Cənubi Koreya şirkəti “LinkedIn” saytında “Galaxy S8” üçün süni intellektin daha da təkmilləşdirilməsi üçün əməkdaş axtarması ilə bağlı elan yerləşdirib.

Tərtibatçıların bəyanatına görə, “Bixby” səsli köməkçi funksiyası rəqibləri (Siri və Google Assistant) ilə müqayisədə daha mürəkkəb sorğuları emal edə biləcək. Müxtəlif proqram təminatı və servislərlə sıx inteqrasiya oxşar texnologiyaların inkişafına xidmət edə bilər.

Bundan əvvəl istehsalçı “Galaxy S8” smartfonunun “MWC 2017” sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, yanvarın əvvəlində “Samsung” “təsadüfən” “Bixby” sisteminin “Samsung Pay” ödəniş servisi ilə işləyə biləcəyini təsdiq edib. Bundan sonra məlum olub ki, səsli köməkçi funksiyası smartfon kamerasının gördüyü obyekt və mətnləri tanıyacaq. Şayiələrə görə, “Galaxy S8” korpusunda “Bixby”dən istifadə üçün ayrıca düymə quraşdırılacaq.

Nizam Nuriyev 




Baxış sayı: 165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir