12px13px15px17px
Tarix:01/02/17

“Microsoft Surface 3” planşetinin satışı dayandırılıb

İki il əvvəl təqdim edilən “Microsoft Surface 3” planşet kompüterinin satışı dayandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyası artıq planşeti ABŞ-dakı internet mağazasında satışdan çıxarıb. Bundan əvvəl proqram təminatı istehsalçısı oxşar tədbiri Böyük Britaniya, Almaniya və digər ölkələrdə həyata keçirib.

2015-ci ilin martında nümayiş olunan “Surface 3” zamanında “Microsoft”un ən nazik (8,7 mm) və ən yüngül (622 qram) planşeti olub. Qurğu 1920 х 1280 piksel təsvir ölçülü 10,8 düymlü ekran, 2,4 giqahers takt tezlikli “Intel Atom x7” (Cherry Trail) prosessoru, 4 giqbayt operativ və 128 giqabayt quraşdırılmış yaddaş ilə təchiz edilib.

ABŞ istehsalçısı ən ucuz hesab edilən “Surface 3” planşetini satışdan çıxarmaqla fərdi planşet kompüterlərinin orta satış dəyərini artırmaq niyyətindədir.  

Bundan başqa, “Surface 3” planşetinin satışdan çıxarılmasını tezliklə “Surface Pro” seriyasından yeni hibrid qurğunun təqdim ediləcəyi kimi qiymətləndirmək olar. Şayiələrə görə, “Surface Pro 5” bu ilin yazında nümayiş olunacaq. Aparatın “Intel Kaby Lake” prosessoru, “4K” ekran, barmaq izi skaneri və xüsusi stansiya vasitəsilə simsiz enerji toplama imkanına malik təkmilləşdirilmiş “Surface Pen” elektron qələmi ilə təchiz ediləcəyi bildirilir.

Nizam Nuriyev 




Baxış sayı: 171

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

16 02 2020