12px13px15px17px
Tarix:02/02/17

2016-cı ildə “LTE” smartfonlarının tədarük həcmi 1 milyardı ötüb

“Counterpoint” şirkətinin analitiklərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon tədarükü 3% yüksələrək 1.5 milyardı ötüb. Bu halda ilin son rübündə bayramqabağı ajiotaj fonunda smartfonların tədarük həcmi 9% artaraq 440 milyon aparat təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, həmçinin mütəxəssislər məlumat veriblər ki, ötən il dünya bazarına “LTE” texnologiyasını dəstəkləyən 1 milyarddan çox smartfon tədarük olunub. Beləliklə, 5 qurğudan 4-ü dördüncü nəsil mobil rabitə standartını dəstəkləyib. Ekspertlər Çini “LTE” texnologiyasının tətbiqi üzrə lider adlandırıblar və bildiriblər ki, “LTE” abunəçilərinin ümumi sayının təxminən 50%-i adıçəkilən ölkənin payına düşür.

“ICTnews” Elektron Xəbər Xidməti  ABŞ, Çin və Hindistan ən böyük smartfon satış bazarı olublar: 2016-cı ildə dünyada istehsal edilmiş smartfonların ümumi həcminin təxminən 50%-i bu ölkələrə tədarük edilib.
Brendlər haqda məlumat verən analitiklər bildiriblər ki, ilin nəticəsinə görə, smartfon bazarının liderləri “Apple” və “Samsung” şirkətlərinin tədarük həcmində azalma qeydə alınıb, Çin şirkətləri (“Huawei”, “Oppo” və “Vivo”) isə artımı təmin ediblər.

Emil Hüseynov




Baxış sayı: 107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir