12px13px15px17px
Tarix:02/02/17

“Viber” messencerində gizli mesajlar funksiyası istifadəyə verilib

“Viber” messencerinin  tərtibatçıları həm “Android”, həm də “iOS” mobil əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeniləmə çıxarıb. “Viber 6.6.0” versiyası məxfi mesaj, qısa video mesajlar və stikerlər üzrə axtarış funksiyaları ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, indi “Viber” messencerində göndərilmiş mesajın ləğv olunma vaxtını təyin etmək mümkündür. Səsli mesaj düyməsini tutub saxlamaqla qısa video mesajlardan istifadə etmək olar. Sizin tərəfinizdən çəkilmiş video çatda göstəriləcək və müddəti 30 saniyədən çox ola bilməz.

Birbaşa çatda stikerlər kolleksiyasında axtarış imkanı istifadəyə verilib. Sürətli müraciət üçün @stickers yığmaq və ya "@" simvoluna sıxmaq lazımdır.

Emil Hüseynov




Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024