12px13px15px17px
Tarix:06/02/17

“Google” şirkəti “iPhone” üçün “Chrome” brauzerinə yeni funksiya əlavə edəcək

“Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, əvvəllər belə imkan yalnız “Android” istifadəçiləri üçün əlçatan idi. "Alma" şirkətinin smartfonlarında bu funksiya yox idi.

Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində "QR" yığmaqdır.

İstifadəçi “QR” kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman “Chrome” həmin məhsul haqda qiymət və rəyləri göstərir.

Emil Hüseynov




Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024