12px13px15px17px
Tarix:06/02/17

Qlobal planşet bazarında 9%-lik azalma qeydə alınıb

"Strategy Analytics" tədqiqat şirkətinin məlumatına əsasən, 2016-cı ilin son rübündə dünya bazarına təxminən 3.5 milyon planşet tədarük edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% azdır. Sözügedən bazarın liderləri olan "Apple" və "Samsung" şirkətlərində ikirəqəmli azalma qeydə alınıb.

Mütəxəssislər dəqiqləşdirir ki, "iPad" planşet qurğularının tədarük həcmi illik hesablama üzrə 19% azalıb (16.1-dən 13.1 milyonadək), "Samsung" şirkətində isə 10%-lik azalma(9-dan 8.1 milyonadək) qeydə alınıb. Bunun nəticəsi kimi adıçəkilən şirkətlərin bazar payı müvafiq olaraq 23.2%-dən 20.6%-dək və 12.9%-dən 12,8%-dək azalıb.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, eyni zamanda ilk üçlükdə qərarlaşmış "Amazon" şirkəti "Fire" və "Fire HD" kimi ucuz modelləri sayəsində 20%-dən çox artıma nail olub və 4.2 milyon planşet tədarük edib. Baxılan dövrdə Amerika vendorasının payı (hissəsi) 5%-dən 6,7%-ə qədər artdı.

"Android" mobil əməliyyat sistemi planşet bazarında liderdir. Ekspertlərin hesablamalarına görə, istehsalçılar ötən rübdə "Google" şirkətinin mobil platforması əsasında 40.3 milyon planşet tədarük ediblər ki, bu da 63% deməkdir. Müqayisə üçün, bir il əvvəl göstəricilər 44.9 milyon və 65% səviyyəsində olub.

"iOS" platformasının payı təxminən 21% qiymətləndirilir.

Emil Hüseynov




Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024