12px13px15px17px
Tarix:07/02/17

“Intel” bükük formalı noutbuku patentlədi

ABŞ-ın “Intel” korporasiyası bükük formada korpusa malik noutbuku patentləyib.

Hazırda bir sıra şirkətlər bükük formalı televizor və monitorlar istehsal edirlər, ancaq belə modellərin sayı standart modellərdən xeyli azdır. Məsələn, “Acer Predator 21 X” noutbukunun bükük monitorla təchiz edilməsinə baxmayaraq, korpusun əsas hissəsi düz formaya malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, patentin mətninə əsasən, “Intel” korporasiyası korpusu bükük formaya malik noutbuk hazırlamaq niyyətindədir. Sənəddə, həmçinin korpusdan ayrılan ekran təsvir edilib. Ehtimal ki noutbuk planşet kompüterin imkanlarını birləşdirəcək.

Noutbukun texniki məlumatları açıqlanmır. Patentdə, həmçinin belə formanın seçim səbəbi izah olunmur. Təxmin edilir ki, bükük kompüterlər daha erqonomik ola bilər. Eyni zamanda belə noutbukları masa üzərində yerləşdirdikdə daha az qızacaq.

Emil Hüseynov




Baxış sayı: 456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024