12px13px15px17px
Tarix:07/02/17

“Nokia 8” smartfonunun təqdimatı gözlənilir

Finlandiyanın "Nokia" transmilli şirkəti Barselonada keçiriləcək "MWC 2017" sərgisi çərçivəsində yeni "Nokia 8" smartfonunu nümayiş etdirməyə hazırlaşır.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, "Nokia" şirkəti ən etibarlı mobil telefonlar istehsalçısı kimi məşhurdur və onun məhsullarının həvəskarları yeni qurğunun buraxılışını səbirsizliklə gözləyirlər. Bununla belə, istehsalçı yeni smartfonun bütün texniki xüsusiyyətlərini rəsmi təqdimatadək sirr saxlayırlar.

Öz növbəsində ekspertlər "Nokia 8" haqqında rəsmi məlumatın verilməsi ərəfəsində Finlandiya istehsalçısının digər qurğularında tətbiq edilən texniki nailiyyətlər əsasında fikir və proqnozlarını bölüşürlər.

Məsələn, smartfonun "Nokia 8" adlandırılması təxmin edilir, çünki yeni qurğu "Nokia P1" də adlandırıla bilər. Ekspertlər güman edirlər ki, yeni smartfon 2560 Х 1440 piksel təsvir ölçülü ekran, "Snapdragon 835" prosessoru və iki kamera ilə təchiz edilməklə arxa kamera 24 meqapikselli "Zeiss" optik şüşəsinə malik olacaq. Yeni qurğunun "Android 7.1.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi ehtimal olunur.

Nizam Nuriyev 




Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024