12px13px15px17px
Tarix:01/10/11

“iPad 2” planşeti üçün simsiz yükləmə qurğusu hazırlanıb

“Hitachi” “Maxell Apple iPad 2” üçün qeyri-adi aksessuar hazırlaması haqqında məlumat verib. Şirkət planşet üçün simsiz yükləmə qurğusu hazırlayıb. Belə ki, qurğu, planşeti heç bir sim olmadan enerji ilə doldurmağa imkan yaradır.

Yeni simsiz yükləmə stansiyası "energetika stendi”ndən və "energetika örütüyü”ndən ibarətdir. Yükləmə quraşdırmasının bu 2 hissəsini “iPad 2” ilə tədarük olunan standart AC-adapteri əvəz edir.

Şirkətdən bildiriblər ki, onların hazırlaması texniki olaraq sözün əsl mənasında simsiz yükləmə qurğusu deyil.

Planşetin enerji ilə doldurulması üçün istifadəçi "energetika örtüyü”nə "geyindirilmiş" “iPad 2” planşetini "energetika stendi”nə qoymalıdır, bundan sonra isə qurğunun enerji ilə doldurulması prosesi başlanacaq. Aksessuarın qiyməti 200 dollar təşkil edir.



Baxış sayı: 3257

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024