12px13px15px17px
Tarix:09/02/17

“Görünməz” virus bankları yoluxdurur

2015-ci ilin yayında Rusiyanın "Kasperski Laboratoriyası" şirkətinin mühəndisləri öz kompüter şəbəkələrinin naməlum virus tərəfindən yoluxmasını aşkar etmişdilər. Məlum olmuşdu ki, troyan qurğunun əməli yaddaşında gizlənir ki, bu da virusun 6 ay ərzində aşkar edilməsinə səbəb olub.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sonralar ekspertlər aydınlaşdırıblar ki, "Duqu 2.0” “soxulcan” virusu “Stuxnet” virusunun (ABŞ və İsrail tərəfindən İranın nüvə proqramını sabotaj etmək üçün yaradılıb) əsasında hazırlanıb. "Kasperski Laboratoriyası" şirkətinin nümayəndəsi deyib ki, indi faylları olmayan virus dünyada yayılmağa başlayıb.
 
Kompüterin yaddaşında gizlənən zərərverici proqram təminatı, demək olar ki, heç bir iz qoymur, buna görə onu aşkar etmək son dərəcə çətindir.

“Duqu 2.0” virusu artıq ən azı 140 bank və başqa müəssisələri yoluxdurub. "Kasperski Laboratoriyası"nın eksperti Kurt Baumqartner deyib ki, şirkətlər hadisələrin belə inkişafına hazır deyillər. Hakerlər bankomatları idarə edən kompüterləri hədəfə alaraq bankların daxilində pul çəkirlər.

Emil Hüseynov




Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024