12px13px15px17px
Tarix:11/02/17

“Microsoft” şirkəti “Windows Vista” əməliyyat sisteminin dəstəyini tamamilə dayandıracaq

“Microsoft” şirkəti 11 aprel 2017-ci il tarixindən “Windows Vista” əməliyyat sisteminin dəstəyini tamamilə dayandıracaq. “Net Applications” analitik şirkətinin məlumatına görə, 2017-ci ilin yanvarına olan məlumata görə, fərdi kompüterlərin 1%-nə bu sistem qurulub. “Microsoft” şirkətinin iddiasına görə, indi 1.5 milyard fərdi kompüterdə “Windows”un müxtəlif versiyalarından istifadə olunur və “Windows Vista” ilə işləyən qurğuların sayı təxminən 14 milyondur.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, 2007-ci ilin yanvarında çıxarılmış “Windows Vista” əməliyyat sistemi təxminən 2-3 il sonra böyük populyarlıq qazanıb. Ancaq məhz həmin vaxtda da sözügedən sistemə tələbat yüksək olmayıb: “Windows” istifadəçilərinin 20%-i bu sistemi quraşdırıblar. 2010-cu ilin oktyabrında sözügedən sistem pərakəndə satışdan çıxarılıb.

2009-cu ilin oktyabrında “Microsoft” şirkəti ona böyük uğur gətirən “Windows 7” sistemini təqdim edib. Yeni sistem “Windows Vista”nı ciddi sıxışdırmağa başlayıb: 1 il ərzində onun bazar payı 15%, 2 il ərzində isə 10%-dək azalmışdı.

“Microsoft” şirkəti “Windows Vista” əməliyyat sisteminin əsas dəstəyini 2012-ci ilin aprelində dayandırıb, indi isə genişləndirilmiş dəstəyi dayandırır. Proqram nəhənginin siyasətinə əsasən, ƏS-nin dəstəyinin əsas dövrü təhlükəsizlik yeniləmələrinin çıxarılması, səhvlərin düzəlişi və yeni funksiyaların əlavə edilməsini əhatə edir. Bu dəstək sistemin çıxarılması anından 5 il müddətində davam edir.

“Microsoft” genişləndirilmiş dəstək dövründə təhlükəsizlik yenilənmələrini çıxarmağa davam edir, amma texniki dəstək və səhvlərin düzəlişi yalnız ödəniş əsasında yerinə yetirilir və bu seçim yalnız korporativ müştərilər üçün əlçatandır. Genişləndirilmiş dəstək dövründə ev istifadəçilərinə yalnız təhlükəsizlik yeniləmələri əlçatandır.

Emil Hüseynov

 




Baxış sayı: 1203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024