12px13px15px17px
Tarix:13/02/17

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

“IDC” analitik şirkəti yeni tədqiqat apararaq yaxın illərdə dünya informasiya texnologiyaları (İT) bazarında illik artımın 3 faiz təşkil edəcəyini, İT xərcləri üzrə liderlərin istehsal və maliyyə sektorlarının olacağını proqnozlaşdırır.  

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, analitiklərin proqnozlarına görə, 2017-ci ildə dünya miqyasında İT məhsullarına xərclər 2,4 trilyon dollara çataraq 2016-cı illə müqayisədə 3,5 faiz artacaq. 2015-2020-ci illərdə bazarın ortaillik artım tempinin 3,3 faiz təşkil edəcəyi gözlənilir.

İT həllərinin ən böyük istehlakçıları kimi mütəxəssislər bankları, investisiya xidmətləri tədarükçülərini, sığorta şirkətlərini və maliyyə bazarlarının digər nümayəndələrini qeyd edirlər. Onlar istehsal sektoru ilə birlikdə pul ifadəsində İT məhsul və xidmətlərinin təxminən 30 faizini sərf edəcəklər.

Hesabata görə, İT sahəsinə, həmçinin telekommunikasiya şirkətləri, hökumətlər və peşə xidmət tədarükçüləri böyük investisiyalar yatıracaq. İT sahəsində xərclərin ən çox artım tempi səhiyyə və bank sektorunda gözlənilir.

İstehlak seqmentinin qlobal İT bazarında payı 20 faiz təşkil etsə də, burada artım olmayacaq, çünki hazırda istifadəçilərin kontentin idarə olunması, təhlükəsizlik və fayl mübadiləsi kimi sahələrdə qurğulardan proqram təminatına keçməsi baş verir.

Şirkətin proqnozuna görə, yaxın illərdə Şimali Amerika 40 faizlik dünya göstəricisi ilə İT bazarında liderliyini qoruyacaq. Daha çox artım dinamikasını (ildə 5,3 faiz) Cənubi Amerikanın nümayiş etdirəcəyi gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024