12px13px15px17px
Tarix:15/02/17

“Açıq Hökumət Məlumatları” portalında məlumatların sayının artırılması ilə bağlı işlərə başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində "Açıq Hökumət Məlumatları" mövzusunda görüş keçirilib. Nazirliyin bütün strukturlarını əhatə edən görüşdə "Açıq Hökumət Məlumatları" portalı, açıq məlumatlar, bu məlumatlar üzərindən hazırlanmış mobil tətbiqlər və bu tətbiqlərin dünya iqtisadiyyatına gətirdiyi gəlir, eyni zamanda portalda açıq məlumatların sayının artırılması barədə müzakirələr aparılıb. 

Tədbirdə çıxış edən Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini Elçin Əliyev açıq məlumatların "Elektron hökümət" quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu vurğulayıb. Elçin Əliyev artıq 2 ildir ki, vətəndaşların ixtiyarında olan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili imkanları hesabına yaradılmış "data.gov.az" adlı "Açıq Hökumət Məlumatları" portalında 25 adda məlumat yer aldığını qeyd edib. 

MHM-in baş mütəxəssisi Nadir Rəsulov isə "Açıq Hökumət Məlumatları" portalında açıq məlumatların sayının artırılmasını qarşıya məqsəd qoyulduğunu nəzərə çatdırıb. Bu məqsədlə nazirliyin bütün strukturlarından öz səlahiyyətləri çərçivəsində ictimai əhəmiyyətli məlumatları kompüter proqramı tərəfindən oxunaqlı formata gətirərək, hökumət portalına yerləşdirmək tələb olunur. Nadir Rəsulov qeyd edib ki, hansı məlumatları açıq etmək hər bir qurumun öz səlahiyyəti çərçivəsindədir, açıq edilən məlumatlar formatı isə müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olmalıdır.
 

Daha sonra marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov "Açıq Hökumət Məlumatları" portalı haqda keçirdiyi təqdimatda iştirakçılara "açıq hökumət, açıq məlumatlar, açıq servislər"lə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, sahibkarlara dəstək, startapların və vətəndaş cəmiyyətinin inkıişafı, açıq hökumət məlumatlarının əsas istiqamətləridir. Bu məqsədlə hər kəs fəaliyyət göstərdiyi qurumun mülkiyyətində olan müvafiq məlumatların "Açıq Hökumət Məlumatları" portalına yerləşdirilməsini təmin etmək üçün təşəbbüs göstərməli və bu sahənin inkişafına dəstək olmalıdır. 
 

Görüşdə məlumatların açıq edilməsi və portalın texniki məsələləri ilə bağlı MHM-in Yeni Texnologiyalar şöbəsinin müdiri Cəmşid Naxçıvanski ətraflı məlumat verib.
 

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.





Baxış sayı: 188

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2017

22 04 2017

22/04/17
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru 

22/04/17
“Windows 10” üçün böyük yeniləmələr yaz və payızda təqdim ediləcək

Ötən həftə “Windows 10” əməliyyat sistemi üçün ikinci ən böyük yeniləmə (Creators Update) təqdim olunub

22/04/17
Mobil əlavə reallıq texnologiyalarından mədaxil 18,5 milyard dollara çatacaq

“Tractica” analitik şirkəti mobil əlavə reallıq texnologiyalarının (augmented reality, AR) istehlak və korporativ seqmentdə

22/04/17
2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək

“Oculus Research” şirkətinin əməkdaşı Maykl Abraş deyib ki, 2022-ci ildə artırılmış reallıq 

22/04/17
“iPhone 8” smartfonunun çertyoju internetə sızdırılıb

Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib

22/04/17
“Facebook” eşitmə qüsurlu insanlara dəri ilə “eşitməyə” kömək edəcək

“Facebook” şirkəti eşitmək qabiliyyətindən məhrum insanlara səs dalğalarını dəri ilə qəbul etməyə imkan verəcək unikal