12px13px15px17px
Tarix:15/02/17

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

"Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən ötən ilin son rübünü əhatə edən "Elektron hökumət" bülleteninin 38-ci sayı ictimaiyyətə təqdim edilib. Bülleten vahid portalda olan yeniliklər və görülən işlər barədə cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır. Sonuncu nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elektron ipoteka sistemi haqqında Əsasnamənin" təsdiq edilməsi barəsində fərmanı, "Bakutel 2016" sərgisində dövlət başçısının iştirakı ilə bağlı məlumatlar yer alıb. Bundan başqa, bülletendə MHM-in "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Belarusun "AGAT-idarəetmə sistemləri", Türkiyənin "HAVELSAN" və "TÜBİTAK BİLGEM" dövlət şirkətləri və "Microsoft" şirkəti ilə imzalanan müqavilələr haqda ətraflı informasiya verilib. Nəşrdə "Sığorta şirkətləri "elektron imza"nın tətbiqinə başladı", "Elektron imza" ilə imzalanan sənədin yararlı olub-olmadığını, kim tərəfindən, nə vaxt imzalandığını necə öyrənmək olar?", "Portala inteqrasiya edən arayışların sayı artdı", "Elektron hökumət" portalına yeni xidmət inteqrasiya edilib", "Görmə qabiliyyəti məhdud olan insanlar üçün "Danışan kitabxana" yaradıldı", "Mədəniyyət və Turizm Nazirliyinin daha iki xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi" başlıqlı materiallar yer alıb. Həmçinin "Elektron hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə də məlumatlar verilib.
 

İlk dəfə olaraq "Elektron hökumət" bülleteninin bu sayında "EGOV AR" texnologiyasından istifadə olunub. Belə ki, oxucular "EGOV AR" adlı mobil tətbiqdən istifadə edərək, bəzi materialları həm də görüntülü və səsli izləyə biləcəklər. "Android" və İOS sistemlərində çalışan "EGOV AR" mobil tətbiqi "Elektron hökumət" portalı, elektron imza və başqa layihələrlə bağlı istifadəçiləri məlumatlandırmaq üçün hazırlanıb. Bu mobil tətbiq vasitəsilə şəkillər ekranda canlanan videoya çevrilir.
 

Qeyd edək ki, bülleten çap edilib pulsuz paylanılır, həmçinin elektron şəkildə portalda yerləşdirilir.
 

Bülletenin 38-ci sayını onlayn şəkildə buradan əldə edə bilərsiniz .





Baxış sayı: 353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2019

19/09/19
70 düymlük yeni “Xiaomi” televizorunun qiyməti cəlbedicidir

“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib

19/09/19
Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən

19/09/19
“Samsung” böyük tutumlu batareyaya malik ucuz “M30s” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy M30s” adlı ucuz smartfonunu 

19/09/19
“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib

“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib

19/09/19
“Facebook” universal artırılmış reallıq eynəyi hazırlayır

“Facebook”un mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər

19/09/19
Ən sürətli süni intellekt klasteri təqdim olunub

“Huawei” şirkəti Şanxayda keçirilən “HUAWEI Connect 2019” konfransı çərçivəsində “Atlas 900”

18 09 2019

18/09/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan məktəbliləri “TEKNOFEST” Festivalında iştirak edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və İnnovasiyalar Agentliyinin dəstəyi,

18/09/19
Beynəlxalq sərgidə Azərbaycan məhsulları təqdim olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu gün 

18/09/19
“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

“The Hacker News” portalının məlumatına görə

18/09/19
“Facebook” alqoritmləri videolarda əsas terrorçunu müəyyənləşdirəcək

“Facebook” şirkəti videoçarxlarda zorakılıq və güllələnmə hadisələrini müəyyənləşdirən alqoritmlərin işinin 

18/09/19
Mühəndislər neyron siqnalları, süni əzələ və işığın köməyi ilə hərəkət edən robot hazırlayıblar

İllinoys Universitetinin mühəndisləri motorlu neyronlar, süni əzələlər və işığın köməyilə hərəkətə gələn kiçik hibrid biorobot h

18/09/19
Peyk internetinə rəqib texnologiya hazırlanıb

Yaponiyanın “HAPS Mobile” şirkəti orbital radioötürücü aparatlar və raket buraxılışları üçün orijinal

18/09/19
Çində vena damarlarının şəklinə görə insanın məsafədən tanınması sistemi hazırlanıb

Çinli mütəxəssislər vena damarlarının unikal şəklinə görə insanların məsafədən tanınması texnologiyasını hazırlayıblar

18/09/19
Yeni “Oracle” superkompüteri qurulub

“Oracle” şirkəti “Oracle OpenWorld” konfransında 1060 ədəd “Raspberry Pi” minikompüteri əsasında superkomp&uu

18/09/19
Siyasi hücumlar üçün virus aşkarlanıb

“Eset” şirkəti “Stealth Falcon” haker qruplaşmasının digər zərərli proqram təminatı ilə əlaqədar təhlükəli virus aşkarlay