12px13px15px17px
Tarix:16/02/17

“Skype” proqramının rəqibi istifadəyə verilib

“Amazon” şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib. “Amazon Web Services”in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər  arasında ünsiyyəti asanlaşdırmaqdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Chime” proqramı korporativ bazar üçün nəzərdə tutulub. “Amazon”un rəsmisi məlumat verib ki, tamamilə “sıfırdan” yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla keçid etməyə imkan verir. “Chime” tətbiqində istifadəçi müşavirəyə gecikdiyi halda xəbərdarlıq göndərmək, cari statusu göstərmək (məsələn, "məşğuldur", "şəbəkədə" və ya "yoxdur"), ekranı həmsöhbətə göstərmək, həmçinin danışıq iştirakçılarından birinin mikrofonunun səsini almaq mümkündür. Həmçinin sənədlərin bərkidilməsi funksiyasına malik çat əlçatandır.

“Chime” proqramı “Android” və “iOS” sistemi ilə işləyən qurğularda, həmçinin “Mac” və “Windows” kompüterlərində əlçatandır. 30 gün ərzində proqramdan istifadə pulsuzdur, bundan sonra tarif planı seçmək lazımdır. Ekranın iki hissəyə bölünməsi funksiyası dəstəklənməyən və 2 iştirakçı üçün baza versiyası (“Basic Edition”) pulsuzdur. “Plus Edition” versiyası hər bir yeni istifadəçi üçün aylıq 2.50 dollara başa gələcək. “Pro Edition” versiyasının dəyəri 15 dollardır.

Emil Hüseynov




Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024