12px13px15px17px
Tarix:16/02/17

Yeni çip danışığın tanınması imkanlarını genişləndirəcək

Massaçusets Texnologiya İnstitutunun alimləri danışığın avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar və bu, səsli köməkçilərin imkanlarını genişləndirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Amazon” şirkətinin “Echo”, “Google”un “Home” və “Apple”ın “Siri” səsli köməkçiləri sayəsində biz elektron qurğularımızla "ünsiyyət saxlayırıq". Massaçusets Texnologiya İnstitutunun alimləri bu tendensiyanı nəzərə alaraq xüsusi olaraq danışığın avtomatik tanınması üçün enerji səmərəli və məhsuldar çip hazırlayıblar.

İstehsalçıların məlumatına görə, yeni çip müasir smartfonlarda danışığın tanınması üçün istifadə edilən tipik həllərlə müqayisədə enerjinin 90-99%-I nisbətində qənaət edəcək. Məsələn, “iPhone” smartfonlarında “Siri” səsli köməkçisi ilə ünsiyyət üçün tətbiq edilmiş qurğu 1 vatt həcmində enerji sərf edir, halbuki yeni çip müvafiq işin yerinə yetirilməsinə 0,2-10 millivatt enerji sərf edəcək.

Emil Hüseynov




Baxış sayı: 131

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Avqust 2017

23 08 2017

23/08/17
Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

23/08/17
“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir

Hazırda “AccuWeather” mobil qurğular üçün ən yaxşı hava proqramlarından biridir. Lakin bu proqramın “Apple

23/08/17
Dünyada ən böyük məlumat mərkəzi tikiləcək

Müasir məlumat mərkəzləri xeyli enerji sərf edir, böyük həcmli informasiya saxlayır, mürəkkəb hesablamalar 

23/08/17
Smartfonların satış həcmi 7% yüksəlib

Qlobal smartfon bazarının həcmi 6,7% yüksəlib. Bu, orta səviyyəli modellərə artan tələbatla izah edilir. 

23/08/17
Yeni süni intellekt sadə videokamera vasitəsilə istənilən emosiyanı tanıyır

Media məzmun istehsalçıları üçün serialda hansı səhnənin tamaşaçı tərəfindən daha çox bəyənildiyini 

23/08/17
Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

Aşkar edilmiş troyan “Joao” adlanır və o, qeyri-rəsmi mənbələrdən yüklənilən “Aeria Games” şirkətinin oyunları 

23/08/17
“Samsung” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb

“Samsung Electronics” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb. Beləliklə, Cənub