12px13px15px17px
Tarix:17/02/17

Venerada işləyəcək kompüter çipi icad olunub

ABŞ Kosmik Agentliyinin (NASA) alimləri Venera planeti səthində yüksək temperatura dözə bilən kompüter çipi ixtira ediblər. Bu barədə agentliyin rəsmi saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, Venera Günəş sistemində ən isti səthə (Farengeyt şkalası üzrə 800 dərəcə) malik olması ilə tanınır.

Çipin agentliyin 2023-cü ilədək planetə göndərəcək gələcək Venera kosmik aparatında quraşdırılması planlaşdırılır. Bunun bəşəriyyətin 1982-ci ildən Veneraya kosmik zondlar göndərməməsi səbəbindən böyük hadisə olacağı gözlənilir.   

“NASA”-nın “Glenn” tədqiqat mərkəzində icad edilən kompüter çipi Venerada ekstremal vəziyyətlərdə 521 saat və ya 22 gün işləyə biləcək.

Bildirilir ki, silisiumdan hazırlanan əksər çiplər yüksək temperaturda yarımkeçirici deyil, adi keçiriciyə çevrilməyə başlayır. Silisium-karbiddən hazırlanan yeni çip isə yüksək temperaturlarda stabil yarımkeçiricilik xüsusiyyətlərini saxlayır. Bundan başqa, tədqiqatçılar qrupu çipin bütün hissələrini birləşdirən naqillərin alışmayacağına zəmanət verir. Bu, onların yalnız tantal silisium kimi möhkəm materiallardan ibarət olması ilə izah edilir.

Missiya alimləri əmindirlər ki, Günəş sistemində ikinci planetin atmosferinin geoloji proseslərinin və istixana qazlarının ətraflı tədqiqi hazırda Yer planetində baş verən proseslərin başa düşülməsinə kömək edə bilər.

Nizam Nuriyev 




Baxış sayı: 130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2017

24/04/17
Əzələlərin gücünü ölçən "ağıllı" əlcək təqdim edilib

Beyin iflici və dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə əzələlərin möhkəmliyi və gücünü 

24/04/17
“HTC U 11” beş müxtəlif rəngdə satışa çıxarılacaq

Bu həftənin əvvəlində “HTC” şirkəti “Ocean” adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına 

24/04/17
“Samsung Galaxy S8” istifadəçiləri alış-verişi baxışla təsdiq edəcəklər

Yeni qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərinin başlıca xüsusiyyətlərindən 

24/04/17
“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində 

23 04 2017