12px13px15px17px
Tarix:17/02/17

“Apple” şirkətinin növbəti təqdimatının tarixi məlum olub

“Apple” şirkətinin təşkil etdiyi tərtibatçıların illik ümumdünya “WWDC 2017” (Worldwide Developers Conference) konfransının keçirilmə tarixi açıqlanıb. Bu barədə şirkətin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, konfrans iyunun 5-9-da San Xose şəhərində “McEnery Convention Center” mərkəzində keçiriləcək. Sonuncu dəfə “WWDC” bu Kaliforniya şəhərində 2002-ci ildə olub. Altı mindən çox qonaq üçün nəzərdə tutulan zalda minlərlə “Apple” tərtibatçısı iştirak edəcək. İştirakçıların qeydiyyatına martın 27-də başlamaq planlaşdırılır.

Təqdimatda ABŞ şirkətinin əməliyyat sistemlərinin (macOS, iOS, watchOS və tvOS) yeni versiyalarının nümayiş olunacağı gözlənilir. Həmçinin analitiklər sərgidə yeni “iPad” planşetlərinin nümayiş olunacağını ehtimal edirlər. Təqdim ediləcək planşetlər arasında 7,9 düymlü ekrana malik “iPad Pro mini” qurğusu da yer alacaq.

Ötən il keçirilən “WWDC” konfransında “Apple” sonuncu nəsil “iPad Pro” planşetini təqdim edib. Qurğu şirkətin 256 giqabayt toplayıcı ilə təchiz edilən ilk mobil qurğusu olub.

Nizam Nuriyev 




Baxış sayı: 110

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2017

24/04/17
Əzələlərin gücünü ölçən "ağıllı" əlcək təqdim edilib

Beyin iflici və dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə əzələlərin möhkəmliyi və gücünü 

24/04/17
“HTC U 11” beş müxtəlif rəngdə satışa çıxarılacaq

Bu həftənin əvvəlində “HTC” şirkəti “Ocean” adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına 

24/04/17
“Samsung Galaxy S8” istifadəçiləri alış-verişi baxışla təsdiq edəcəklər

Yeni qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərinin başlıca xüsusiyyətlərindən 

24/04/17
“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində 

23 04 2017