12px13px15px17px
Tarix:17/02/17

Başlanğıc səviyyəli “HTC” smartfonlarının istehsalı dayandırılır

Son illər “HTC” smartfonlarının satış həcminin azalmasına görə Tayvan şirkəti artıq aparıcı istehsalçılardan hesab olunmur. Bu səbəbdən şirkət qəti tədbirlər görmək məcburiyyəti ilə üzləşib. “HTC” ötən ilin dördüncü rübü üçün hesabatını təqdim edən zaman 2017-ci ildən etibarən başlanğıc səviyyəli smartfonların buraxılışını dayandırmaq niyyətində olmasını açıqlayıb. Bunun əvəzində isə istehsalçı diqqətini yüksək rentabelli və yüksək gəlirli qurğulara yönəltməyi nəzərdə tutur. Bununla bağlı qəbul olunan qərarın məqsədi mobil bölmənin yenidən gəlirlə işləməsi ilə izah edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, lakin başlanğıc səviyyəli smartfonların buraxılışının dayandırılması “HTC”-nin bundan sonra yalnız qabaqcıl modellər və bahalı qurğular istehsal edəcəyi demək deyil. Məsələn, ötən il yeni “U” istehsal xəttindən olan “U Ultra” və “U Play” smartfon modelləri nümayiş olunub. Cari ilin sonunadək şirkət daha dörd və ya beş yüksək rentabelli qurğu buraxmağı planlaşdırır. “Snapdragon 835” prosessoru ilə işləyəcək təsdiq edilmiş qabaqcıl modeldən başqa şirkətin istehsal baxımından iqtisadi səmərəli və böyük kapital qoyuluşu tələb etməyən bərabər xüsusiyyətlərə malik daha bir neçə orta sinifli smartfon istehsal edəcəyini ehtimal etmək olar.

Qeyd edək ki, hazırda “HTC” diqqətini şirkət üçün yeni olan virtual reallıq bazarına yönəldib. Ötən il şirkət yüksək xarakteristikalara malik “HTC Vive” virtual reallıq kaskasını təqdim edib. Yaxın vaxtlarda isə istehsalçının mobil həll təqdim edəcəyi gözlənilir. 

Nizam Nuriyev 




Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2017

24/04/17
Əzələlərin gücünü ölçən "ağıllı" əlcək təqdim edilib

Beyin iflici və dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə əzələlərin möhkəmliyi və gücünü 

24/04/17
“HTC U 11” beş müxtəlif rəngdə satışa çıxarılacaq

Bu həftənin əvvəlində “HTC” şirkəti “Ocean” adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına 

24/04/17
“Samsung Galaxy S8” istifadəçiləri alış-verişi baxışla təsdiq edəcəklər

Yeni qabaqcıl “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərinin başlıca xüsusiyyətlərindən 

24/04/17
“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində 

23 04 2017