12px13px15px17px
Tarix:20/02/17

“Alphabet” internet paylayan stratostatların qlobal şəbəkəsindən imtina edib

ABŞ-ın “Alphabet Inc.” şirkəti “Loon” layihəsi çərçivəsində stratostatların qlobal yerdəyişməsi konsepsiyasından imtina edib.

“Loon” layihəsi dünyada rabitənin təmini üçün kommunikasiya ötürücü aparatları ilə təchiz edilmiş hava şarlarının qlobal şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu. 2013-cü ildən şirkət tərəfindən stratostatların pilot buraxılışı həyata keçirilir: sınaqlar Avstraliya, Yeni Zelandiya, Braziliyada keçirilib. 2015-ci ildə istehsalçılar İndoneziyada “LTE” şəbəkəsi üzrə internetin paylanması haqda müqavilə imzalayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, ilk öncə konsepsiya hava şarlarının qlobal yerdəyişməsini nəzərdə tuturdu. Ancaq sonra mütəxəssislər başqa üsuldan istifadə ediblər: kompüter təlimi vasitəsilə stratostatlar konkret rayonun üzərində dayanmağı öyrəniblər. Bu üsulu yoxlamaq üçün müəlliflər tərəfindən buraxılmış stratostat havada 98 gün qalıb və bu müddət ərzində alqoritm avtomatik 20 min düzəliş edib.

Bu yaxınlara kimi “Alphabet” şirkəti paralel şəkildə analoji “Titan” layihəsini hazırlayırdı. Bu layihə zamanı yaradılması planlaşdırılan günəş akkumulyatorları ilə işləyən pilotsuz təyyarə ucqar rayonlarda telekommunikasiya xidmətlərini təmin etməli idi. Ancaq şirkət bu məsələni reallaşdırmaq üçün “Loon” layihəsinə üstünlük vermişdi. İndi isə “Loon” layihəsindən də imtina edib.

Emil Hüseynov






Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024