12px13px15px17px
Tarix:20/02/17

Mobil qurğuların ictimai yerlərdə enerji ilə doldurulması fərdi məlumatlar üçün təhlükəlidir

İctimai yerlərdə aktiv yayılan smartfon və digər cihazlar üçün enerjidoldurma qurğuları fərdi məlumatlar üçün ciddi təhlükə törədə bilər. “Authentic8” təşkilatının ekspertləri bu qənaətə gələrək, məsələn, ticarət mərkəzində və ya metroda quraşdırılan “USB” portlarından istifadə etməyi tövsiyə etmirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, haker texnologiyalarının görünməmiş inkişaf səviyyəsinə çatması nəticəsində smartfonlar üçün enerjidoldurma qurğularının ictimai portlarını xüsusi şəkildə modifikasiya edən cinayətkarlar qurbanın bu nöqtəyə yalnız qurğusunu qoşmasını gözləyir. “Yerdə qalan isə texnikanın işidir”, - mütəxəssislər qeyd ediblər.

Ekspertlər izah ediblər ki, smartfonun enerji ilə doldurulması üçün istifadə olunan çıxış eyni anda məlumatları da ötürə bilər. Məxfi informasiyanı oğurlayan hiyləgər hakerlər məhz bundan istifadə edirlər.

Qurğu ictimai yerdə enerji ilə doldurulan zaman başqa insanların görməsi üçün nəzərdə tutulmayan fotoşəkillər, kontaktlar, messencerlərdə yazışmalar, bank informasiyası, eləcə də smartfonun yaddaşında saxlanan bütün digər məlumatlar potensial risklə üzləşir.

Nizam Nuriyev  




Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024