12px13px15px17px
Tarix:25/02/17

“Microsoft” korporasiyası yeni messencer təqdim edib

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Kaizala” messenceri “WhatsApp” və “Telegram” messencerləri ilə rəqabət aparacaq.
 
“ICTnews” Elektron xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, “Kaizala” proqramında çatlar çoxsaylı müxtəlif funksiyalara malikdir. Məsələn, messencer istifadəçilərə iş üçün müxtəlif vakansiyalar təklif etməyə, işə düzəltmə prosesini diqqətlə izləməyə, xəbərlər paylaşmağa, mesajlaşmağa imkan verir. İstifadəçilər, həmçinin konkret əraziyə bağlı fotoşəkillər dərc edə bilərlər.
 
“Kaizala” messencerinin istifadəçiləri eyni zamanda ən müxtəlif mövzular üzrə yeni sorğular yarada bilərlər. Bu proqram “Android”, “iOS”, “Windows 10” sistemlərində əlçatandır. Qeyd edək ki, “Kaizala” “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş dördüncü messencerdir.
 
Emil Hüseynov




Baxış sayı: 405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024