12px13px15px17px
Tarix:27/02/17

“5G” şəbəkəsinin yekun spesifikasiyası dərc edilib

Rabitə standartlarını hazırlayan və təsdiq edən Beynəlxalq Telekommunikasiya İttifaqı (“International Telecommunication Union”) dünyada “5G” kimi tanınan “MT-2020” şəbəkəsi üçün spesifikasiyaların yekun versiyasını dərc edib. İdealda bütün göstəricilər “4G LTE” və “LTE-Advanced” şəbəkələrinin müvafiq parametrlərini xeyli geridə qoyur. Mobil üçün maksimum yükləmə sürəti 20 Qbit/s (“4G” şəbəkəsində bu göstərici 1 Qbit/s təşkil edir), serverə maksimum yükləmə sürəti isə 10 Qbit/s təşkil edir, istifadəçi isə hava və ərazidən asılı olmayaraq məlumatları müvafiq olaraq 100 və 50 Mbit/s ilə qəbul edə və ötürə biləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istifadəçi və stansiya arasında məlumatların ötürülməsi üzrə gecikmə 1 milli-saniyə (“LTE” şəbəkəsində bu göstərici 20 ms-dir) təşkil edəcək. Bir stansiyanın əhatə zonasından digərinin əhatə zonasına keçid zamanı qoşulmada kəsilmə qeydə alınmayacaq. “5G” şəbəkəsi 1 kvadrat km ərazidə eyni anda internetə qoşulmuş 1 milyon qurğu ilə eyni anda əlaqəni dəstəkləyəcək. “5G” standartı yalnız smartfon və planşetlər üçün deyil, həm də “əşyalar interneti” konsepsiyasını dəstəkləyən bütün cihazlar, "ağıllı" işıqforlar, həmçinin simsiz modullarla təchiz edilmiş müasir avtomobillər üçün aktualdır.

“5G” şəbəkələrində, məsələn, yüksəksürətli qatarda hərəkət zamanı zəng etmək mümkün olacaq. “5G” standartına keçid enerji istehlakında özünü göstərəcək: radio qurğu minimum gecikmə ilə enerjiyə qənaət edən rejimə keçə biləcək: idealda 4 ms, gündəlik işlər zamanı 10 ms. “LTE” şəbəkəsində işləyən qurğular enerjiyə qənaət rejiminə 20 ms gecikmə ilə keçid edirlər.

Bütün spesifikasiyaların yekun versiyası cari ilin noyabrında təsdiq edilərək dərc ediləcək.

Emil Hüseynov




Baxış sayı: 135

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2017

22 05 2017

22/05/17
“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək “Microsoft Surface Pro” planşet kompüteri 

22/05/17
“Android” əlavələrinin həcmi azaldılacaq

Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış 

22/05/17
“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib

“Panasonic” şirkəti “Windows 10” əməliyyat sistemi ilə işləyən “Toughbook 33” adlı möhkəm hibrid planşetinin

22/05/17
“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin 

22/05/17
Dubayda robot polis fəaliyyətə başlayacaq

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian