12px13px15px17px
Tarix:28/02/17

Virtual reallıq bazarının həcmi 20 dəfə artacaq

“SuperData” şirkətinin analitikləri 2020-ci ilədək virtual reallıq bazarının həcminin 20 dəfə artacağını açıqlayıblar. Belə ki, 2016-cı ildə virtual reallıq bazarında satış həcmi 1,8 milyard dollar təşkil edirdisə, 4 ildən sonra bu göstəricinin 37,7 milyard dollara çatacağı gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, hazırda virtual reallıq bazarında müvafiq qurğu və avadanlıqlara tələbat var, lakin bir neçə ildən sonra daha çox tələbatın proqram təminatı və servislərə olacağı proqnozlaşdırılır.  

Proqnoza görə, yaxın ildə bazarda bu yaxınlaradək çatışmayan kaska və eynəklər daha çox populyarlıq qazanacaq. Bundan başqa, istifadəçilər ucuz qurğuları kənara qoyaraq bahalı qurğulara üstünlük verməyə başlayacaqlar. Məsələn, “Google Cardboard” kaskasının satışından gəlir azaldığı halda daha bahalı və keyfiyyətli məhsul istifadəçilər arasında uğur qazanacaq.

Bundan əvvəl “Goldman Sachs” investisiya bankı 2025-ci ilədək virtual reallıq və əlavə reallıq bazarının həcminin 35 milyard dollara çatacağı, bu qurğulardan istifadə edənlərin ümumi sayının 315 milyon nəfər təşkil edəcəyi ilə bağlı proqnoz verib.

Nizam Nuriyev 




Baxış sayı: 456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024