12px13px15px17px
Tarix:02/03/17

İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə “Poçtap” xidməti istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində "Poçtap" xidməti istifadəyə verilib. "Poçtap" itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
 
Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də "Şəbəkə" xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır. 
 
Eyni zamanda, sənədini itirmiş şəxs "Poçtap" xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, "169" saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı təqdirdə itirilən sənədi axtarışa verə bilər.
 
Belə ki, http://www.pochtap.az internet səhifəsində "Sənədimi itirmişəm" bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.


https://scontent-sof1-1.xx.fbcdn.net/v/t35.0-12/17093004_1254771837893694_1269668756_o.png?oh=e7eeef9c349f2b6c3f17848b41ff594c&oe=58BA92EA
 


















Bundan başqa, itirilən sənədlə bağlı "Poçtap" xidmətinin bazasında məlumatın olması, sənədin hazırki statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün "Axtar" bölməsinə müvafiq məlumatları daxil edərək, axtarış etmək mümkündür.
 
https://scontent-sof1-1.xx.fbcdn.net/v/t35.0-12/17036508_1254772454560299_1416879828_o.png?oh=427c008464ffb3329e86757c730b740b&oe=58B989B0
 



















Sənədi  tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.
 
Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır. 




Baxış sayı: 1725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2017

23 10 2017

23/10/17
“YouTube” mobil tətbiqində çərçivəsiz smartfonlar üçün böyütmə rejimi əlavə edilib

Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayırlar. Amma 

23/10/17
Avtonom üzən ev konsepti təqdim edilib

ABŞ-ın “Arkup” şirkəti həyat üçün tam yararlı avtonom ev konseptini təqdim edib. 30 kVt gücündə günəş pane

23/10/17
Mətn mesajlarında yalanı aşkar etmək üsulu məlum olub

Nyu-Yorkda Kornell Universitetinin alimləri mətn mesajlarında yalanı müəyyənləşdirmək üsulunu aydınlaşdırıblar

23/10/17
İnformasiya təhlükəsizliyi bazarında 120 milyard dollarlıq artım proqnozlaşdırılır

“IDC” analitik şirkəti təhlükəsizliklə əlaqədar proqram təminatı, avadanlıq və xidmətlərin satış həcminin 

23/10/17
Uşaqların öyrədilməsi üçün robot pişik təqdim olunub

Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı 

23/10/17
BMT eksperti dövlətləri fərdi məlumatların mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağa çağırıb

BMT Baş Məclisinin 72-ci sessiyasının Üçüncü Komitəsinin iclasında çıxış edən BMT eksperti Cozef Kannataçi 

23/10/17
“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq

“Microsoft” korporasiyasının “Windows” sistemi və qurğular bölmələrinin rəhbəri Yusif Mehdi brend 

23/10/17
Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb

Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt