12px13px15px17px
Tarix:07/03/17

Dünyada 360 dərəcəlik kameraya malik ilk smartfon təqdim edilib

Çinin “ProTruly” şirkəti dünyada panorama kamera ilə təchiz edilmiş ilk smartfonun satışına başlayıb. 2 ədəd "balıq gözü" tipli 13 meqapiksellik  obyektiv 360 dərəcəlik şəkil və videolar çəkərək onları “YouTube” və ya “Facebook”da yerləşdirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Darling” smartfonu ilk dəfə ötən ilin payızında Şençjendə keçirilmiş “China Hi-Tech Fair” sərgisində nümayiş etdirilib. Aparat iki versiyada əlçatandır: adi və premium (italyan dərisi, 3,08 qram təmiz qızıl, həmçinin 4 ədəd almazdan işləmə).

Hər iki aparat “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 5.5 düymlük ekran, 8 meqapiksellik “selfi” kamera, 2.5 QHs takt tezlikli “Helio X20 MT6797” prosessoru, 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq fləş daşıyıcı və 3560 milliamper/saat tutumlu batareya ilə təchiz edilib və “Android 6.0 Marshmallow” mobil əməliyyat sistemi ilə işləyir.

Smartfonlar, həmçinin “USB-C” portu və ön paneldə “Ev” düyməsinə qurulmuş barmaq izlərinin skanerinə malikdir. “Mashable” nəşrinin məlumatına görə, “Darling” smartfonunun adi versiyası 500, premium versiyası 800 dollara satılır. Yeni cihazlar yalnız Çində əlçatandır.

Emil Hüseynov






Baxış sayı: 494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024