12px13px15px17px
Tarix:09/03/17

Genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün layihə yaradılıb

“Eutelsat Communications” və “ViaSat” şirkətləri Avropada genişzolaqlı internet xidmətləri göstərmək üçün birgə müəssisə yaradıb. Müəssisənin əsasını şirkətlərin genişzolaqlı şəbəkələr və ən yeni genişzolaqlı texnologiyalar, eləcə də internet provayderi kimi fəaliyyət sahələrində təcrübələri təşkil edir. Tərəfdaşlıq çərçivəsində “Eutelsat” Avropada genişzolaqlı internet xidmətlərinin topdansatış sahəsində biznesini genişləndirə, eləcə də konkret istehlakçılara pərakəndə satış xidmətləri göstərməyə başlaya biləcək. 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, mənzil-qərargahı Lozannada (İsveçrə) yerləşən birgə müəssisə Avropa genişzolaqlı internet bazarının fəthinə yönələn səyləri əlaqələndirən “Wholesale Services” (Topdansatış xidmətlər şöbəsi) və “Retail Services” (Pərakəndə satış xidmətlər şöbəsi) bölmələrdən ibarət olacaq. “Eultesat” birinci bölmədə səhmlərin 51 faizinə, ikinci bölmədə 49 faizinə sahibdir. “Viasat” isə əksinə, ikinci bölmədə səhmlərin 51 faizinə, birinci bölmədə 49 faizinə sahib çıxıb.

“Wholesale Services” şöbəsi diqqəti Avropa və Aralıq dənizi ölkələrində yeni Avropa pərakəndə satış şirkətləri və mövcud distributorlar üçün topdansatış genişzolaqlı internet və mobil rabitə xidmətlərinin göstərilməsinə yönəldəcək.

“Retail Services” şirkətinin fəaliyyəti Avropa və Aralıq dənizi ölkələrində pərakəndə satış müştərilərinə genişzolaqlı internet xidmətlərini təklif etməkdən ibarət olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 249

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2017

21 10 2017

21/10/17
Bu il kompüter qurğuları bazarında cüzi azalma gözlənilir

“Gartner” analitik şirkəti dünya kompüter qurğuları bazarı (masaüstü sistem, noutbuk, ultrabuk və planşetlər

21/10/17
“Android” əlavələrində səhvlər aşkarlayan tədqiqatçılar mükafatlandırılacaq

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluqlar aşkarlayan tədqiqatçıla

21/10/17
Dörd nəhəng texnoloji şirkət internetdə terrorizmlə mübarizə aparacaq

“Microsoft”, “Facebook”, “Twitter” və “Google” şirkətləri internetdə terrorçuluq kontenti ilə

21/10/17
Mühafizəli “Samsung Galaxy Tab Active 2” planşeti təqdim olunub

“Samsung Electronics” şirkəti mühafizəli “Galaxy Tab Active” planşet kompüterinin ikinci nəslini təqdim edib.