12px13px15px17px
Tarix:04/10/11

Lerik-Lənkəran optik kabel xəttində problem yaranmayıb

Lerik-Lənkəran yolunda baş verən sürüşmə hər iki rayonu birləşdirən rabitə xəttində problem yaratmayıb. Bu barədə “Aztelekom”İB-dən verilən məlumatda deyilir.

Bildirilir ki, hər iki rayonla əlaqə kəsilən zaman yol-nəqliyyat sahəsinin əməkdaşları ilə yanaşı, birliyin cənub bölgəsi üzrə qəza xidmətinin əməkdaşları da hadisə yerində olublar.

Birlikdən daha sonra bildirildi ki, optik kabeldə problem yaransa belə Lerik-Yardımlı analoq rabitə əlaqəsi bu problemi həll edə bilər.

Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində cənub bölgəsində bütün sosial və iqtisadi sahələrə, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Hal-hazırda ərazidə texnika və canlı qüvvə əlavə tədbirlər görür . Leriklə Lənkəran arasında magistral yolda hərəkət bərpa edilib.



Baxış sayı: 1145

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024