12px13px15px17px
Tarix:04/10/11

Smartfon bazarının “Apple”-dan asılı olması hələ tezdir

“Apple” şirkəti sabah, oktyabr ayının 5-də Kupertinodakı qərargahında “Let's Talk iPhone” adlı xüsusi tədbir təşkil edəcək.

Dəvət edilənlərin əksəriyyəti “iPhone 5” smartfonunun, həmçinin “iCloud bulud” xidmətinin və yeni mobil əməliyyat sistemi – “iOS 5”-in təqdim ediləcəyinə əmindirlər.

“iPhone 5” smartfonunun təqdim edilməsi ərəfəsində “Janney Capital Markets” şirkəti proqnozlaşdırır ki, 2012-ci ildə “Apple” şirkəti bazara 107 milyon “iPhone” smartfonu tədarük edəcək.

“Apple” şirkətinin rəsmi məlumatlarına əsasən, cari ilin ilk maliyyə rübündə şirkət 18,7 milyon “iPhone” satıb, ikinci rübdə isə bu göstərici 20,3 milyon olub.

Rəsmi informasiyaya əsasən, “iPhone” smartfonunun satışları indi 105 ölkədə aparılır, şəbəkədə isə 228 mobil operator vasitəsi ilə həyata keçirilir.

Lakin bazarın tamamilə “Apple”-a tabe olmasını demək hələ ki tezdir: məsələn, ABŞ-da bu smartfon “Sprint” və “T-Mobile” şəbəkələrində satılmır, həmçinin onu dünyanın ən böyük mobil operatorlarından biri “China Mobile” də satmır.



Baxış sayı: 1284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024