12px13px15px17px
Tarix:16/03/17

“HTC 11” smartfonunun təqdimat tarixi məlum olub

Ötən il təqdim edilən “HTC 10” smartfonunu əvəz edəcək yeni qabaqcıl “HTC 11” smartfon modelinin martın 20-də təqdim ediləcəyi gözlənilir. Buna Tayvan şirkəti “Facebook” səhifəsində dərc etdiyi “Spring is coming” (“Yaz gəlir”) şəkili və “HTC” sizin üçün sürpriz hazırlayıb” ifadəsini dərc etməklə işarə edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin “sürpriz” sözü ilə “HTC 11” smartfonunu nəzərdə tutması ehtimal olunur.

Əvvəlki qabaqcıl modelin ötən ilin aprelində nümayiş olunması səbəbindən martın sonu yeni təqdimat üçün əlverişli vaxt hesab edilir. Bundan başqa, yeni “HTC” qurğusu bu yaxınlarda “G6” modelini nümayiş etdirən “LG” şirkətinə və martın 29-da “Galaxy S8” smartfonunun təqdimatını keçirməyi planlaşdıran “Samsung” istehsalçısına cavab ola bilər.

Məlumata görə, “HTC 11” smartfonu “Qualcomm” şirkətinin istehsalı olan ən müasir “Snapdragon 835” prosessoru, “Sense 9.0” interfeysli “Android Nougat 7.1.2” əməliyyat sistemi, 2550x1556 piksel təsvir ölçülü ekran, 6 giqabayt operativ, 128 giqabayt quraşdırılmış yaddaş ilə təchiz ediləcək.

Nizam Nuriyev 




Baxış sayı: 172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Mart 2017

27/03/17
Smartfonlarda mətnin tez yığılması üçün yeni üsul kəşf edilib

Şotlandiya mütəxəssisləri elektron qurğularda mətnin tez daxil edilməsi üçün “SWiM” adlı unikal texnologiya 

27/03/17
Smartfon ekranının kənar gözlərdən qorunması üçün mobil proqram təqdim edilib

Kanadanın “BlackBerry” şirkəti smartfon ekranında göstərilən informasiyanın qismən gizlədilməsi üçün nəzərdə tutulan

27/03/17
Təyyarələrin salonlarında elektron qurğuların daşınmasına qadağanın tətbiqinin səbəbi məlum olub

Ötən həftə ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən bir sıra Afrika və Yaxın Şərq ölkələrindən 

27/03/17
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi 

27/03/17
“Ağıllı” lampalar “Əşyalar interneti”ndə ən geniş yayılmış qurğular olacaq

İnternetə qoşulan “ağıllı” lampalar yaxın bir neçə ildə “Əşyalar interneti” (Internet of Things, IoT) ekosisteminin

27/03/17
“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib

27/03/17
Görünən rənglərin sayını artıran optik qurğu yaradılıb

Viskonsi Universitetinin tədqiqatçılar qrupu insan gözünün rəng qəbulu qabiliyyətini artıran optik qurğu təqdim ediblər. 

27/03/17
Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir

Qlazqo Universitetinin tədqiqatçıları insan dərisi ilə müqayisədə daha həssas yeni süni dəri tipi yaradıblar. 

26 03 2017