12px13px15px17px
Tarix:17/03/17

“Google” səsli mesajı mətnə çevirən klaviaturasız messencerini təqdim edib

“Google” şirkətinə məxsus “Area 120” startapı mesajlarla mübadilə üçün “Supersonic Fun Voice Messenger” mobil proqramını istifadəyə verib.

Proqramın kifayət qədər maraqlı konsepsiyası var: istifadəçi tərəfindən diktə edilən mesaj avtomatik mətnə çevrilir, həm də cümlələr arasında məzmuna uyğun smayliklər qoyulur.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Supersonic Fun Voice Messenger” yalnız səsli mesajları göndərmək deyil, həm də onu mətnə çevirmək qabiliyyətinə malikdir. Bu, göndərilmiş səsli mesajı dinləmək imkanı mövcud olmayan hallar üçün nəzərdə tutulub. Yaradıcılar xüsusi olaraq qeyd edirlər ki, messencer bəzi sözləri mətnə deyil, emodziyə çevirir.

Şəxsi və ya qrup çatlar imkanı əlçatandır. Səsli mesajlar qəbul edən tərəfindən dinlənilən kimi silinir.

Emil Hüseynov




Baxış sayı: 389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024