12px13px15px17px
Tarix:17/03/17

“Samsung Z4” smartfonu “Tizen OS 3.0” sistemi ilə işləyəcək

“Tizen OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların istehsalı ilə yalnız “Samsung” şirkəti məşğul olur. Bu seriyadan 2015-ci ilin əvvəlində işıq üzü görən ilk uğurlu “Z1” adlı kommersiya smartfonu isə dünyada populyarlıq qazanmayıb. Müstəsna olaraq Hindistan bazarı üçün nəzərdə tutulan qurğunun qiyməti 90 dollar təşkil edib. İki il sonra “Samsung Z4” modeli barədə məlumatlar yayılmağa başlayıb. Yeni qurğu haqqında informasiya ABŞ Federal Rabitə Komissiyasının (FCC) saytında yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, şərti adı “SM-Z400” olan “Samsung Z4” iki SİM kart, 2050 milliamper/saat tutumlu akkumulyator, “Tizen OS 3.0” əməliyyat sistemi ilə təchiz ediləcək. Smartfonun uzunluğunun və eninin 132,9×69,2 mm ölçüdə olmasından başqa ətraflı məlumat verilmir. Lakin rəqəmlərə görə, ekranın diaqonalının 5 düym təşkil edəcəyini ehtimal etmək olar.   
Xatırladaq ki, 2015-ci ilin oktyabrında təqdim olunan “Samsung Z3” qurğusu 1280×720 piksel təsvir ölçülü 5 düymlü “Super AMOLED” ekran, dördnüvəli “Spreadtrum SC7730” prosessor, 1 giqabayt operativ və 8 giqabayt quraşdırılmış yaddaş, eləcə də 8 və 5 meqapikselli kamera ilə təchiz olunub. Hindistanda smartfonun qiyməti 130 dollar səviyyəsində müəyyənləşdirilib.

Nizam Nuriyev 




Baxış sayı: 191

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2017

22 04 2017

22/04/17
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru 

22/04/17
“Windows 10” üçün böyük yeniləmələr yaz və payızda təqdim ediləcək

Ötən həftə “Windows 10” əməliyyat sistemi üçün ikinci ən böyük yeniləmə (Creators Update) təqdim olunub

22/04/17
Mobil əlavə reallıq texnologiyalarından mədaxil 18,5 milyard dollara çatacaq

“Tractica” analitik şirkəti mobil əlavə reallıq texnologiyalarının (augmented reality, AR) istehlak və korporativ seqmentdə

22/04/17
2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək

“Oculus Research” şirkətinin əməkdaşı Maykl Abraş deyib ki, 2022-ci ildə artırılmış reallıq 

22/04/17
“iPhone 8” smartfonunun çertyoju internetə sızdırılıb

Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib

22/04/17
“Facebook” eşitmə qüsurlu insanlara dəri ilə “eşitməyə” kömək edəcək

“Facebook” şirkəti eşitmək qabiliyyətindən məhrum insanlara səs dalğalarını dəri ilə qəbul etməyə imkan verəcək unikal