12px13px15px17px
Tarix:18/03/17

Dənizkənarı Milli Park ərazisində "İctimai internet" şəbəkəsi istifadəyə verilib

Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai internet" şəbəkəsinin açılışı oldu. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.

Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin "Huawei" şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın "Ağ Şəhər" ərazisi də "İctimai İnternet" şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
 
Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri görülüb, eləcə də, risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.
 
Bundan başqa, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin "ZTE" şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. 

Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilib. 
 
İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.




Baxış sayı: 1680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Yanvar 2018

18/01/18
“Sony” şirkətinin yeni sistem yeniləməsi prosessorları kritik boşluqdan qoruyacaq

Təhlükəsizlik sisteminin yenilənməsi prosessorları “Spectre” və “Meltdown” alqoritmlərindən qoruyacaq.

18/01/18
Yeni “LG” monitorları “HDR” texnologiyasını dəstəkləyəcək

“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli 

18/01/18
“Samsung Exynos 7872” mobil prosessoru altı nüvə ilə təchiz edilib

“Samsung” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan “Exynos 5 Series 7872

18/01/18
“Samsung Galaxy Note 8” smartfonunun “olimpiya” versiyası hazırlanıb

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində 

18/01/18
“Alcatel 3C” smartfonu rəsmən təqdim olunub

Çinin “Alcatel” brendli smartfonların istehsalı ilə məşğul olan “TCL Communication” şirkəti İtaliyada 

17 01 2018

17/01/18
“Android” sistemi üçün ən güclü viruslardan biri aşkar edilib

"Kasperski Laboratoriyası" “Android” mobil əməliyyat sistemində “WhatsApp” messencerindən mesajları oğurlayan 

17/01/18
Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Cisco” şəbəkə laboratoriyası qurulub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi informasiya 

17/01/18
“Microsoft” korporasiyası dünyanın texnoloji liderləri reytinqində birincidir

“Reuters” İnformasiya Agentliyinin sahibi “Thomson Reuters” korporasiyası ilk dəfə texnoloji 

17/01/18
Avtonom elektrik aerotaksi nümayiş olunub

“Airspace Experience Technologies” (AirSpaceX) şirkəti Detroytda keçirilən avtomobil sərgisində 

17/01/18
Qlobal İT bazarının həcmi artmağa davam edəcək

“Gartner” analitiklərinin məlumatına görə, qlobal İT bazarının həcmi korporativ proqram təminatı sayəsində 

17/01/18
Elektron tullantılar qızıl-zinət əşyalarına çevriləcək

“Dell” şirkəti ana plataların hazırlanması üçün elektron tullantılardan qızıl emalı üzrə proqramın 

17/01/18
“WhatsApp” şübhəli mesajların göndərilməsini qadağan edəcək

Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta 

17/01/18
“Google” proqram təminatı “Wi-Fi” bağlantısında problemlər yaradır

“Google” şirkətinin bir sıra aparat və proqram məhsulları, o cümlədən “Google Home” “Wi-Fi” bağlantısında&nbs

17/01/18
Səsli idarəetməyə malik 50 düymlük televizor təqdim edilib

Çinin “Xiaomi” şirkəti “Mi TV 4A” televizorunun 50 düymlük yeni modelini təqdim edib.