12px13px15px17px
Tarix:27/03/17

“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Politekspert” resursuna istinadən yazır ki, korporasiya nümayəndələri bildiriblər ki, “Microsoft” çoxdandır unikal xüsusiyyətlərə malik qurğu və müasir kompüterlərin hazırlanmasını planlaşdırır. Belə xüsusiyyət qurğu həvəskarlarına məhsuldan daha rahat istifadəyə imkan verəcək.

Həmçinin qeyd olunur ki, əldə olunan patent yeni qurğuları yalnız ABŞ markası ilə satmağa şərait yaratsa da, yaxın gələcəkdə ultramüasir texnika ABŞ bazarı ilə yanaşı, Avropa bazarlarında satılacaq.  

İlk qatlanan noutbukun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Nizam Nuriyev 




Baxış sayı: 383

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024